Hüquq
18.01.2019 / 12:15

Kombi oğruları saxlanıldılar

Kombi oğruları saxlanıldılarQaradağ RPİ 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsi ərazisində 6 həyətyanı sahədən su qızdırıcısı və kombi aparatlarının oğurlanması barədə müraciətlər daxil olub.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Müraciətlərlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Onların Lökbatan qəsəbə sakinləri Xəqani Cahangirov və Elnur Hüseynov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 151