Sosial
17.01.2019 / 21:10

"Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub"- Qərargah

"Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub"-Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah hava şəraiti ilə bağlı növbəti məlumatını yayıb.

İnform.az Qərargahdan verilən məlumata istinadən bildirir ki, bu gün saat 21:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir.

Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub.

Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.



İnform.az

Baxış sayı: 124