Rəsmi, Baş xəbər
17.01.2019 / 19:00

Prezident özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayırdı- SƏRƏNCAM

Prezident özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayırdı-Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.



İnform.az

Baxış sayı: 73