Ələt-Astara yolunda daha bir TIR aşıb

Belə ki, bu gün daha bir TIR aşıb. Hadısə Ələt-Astara yolunda baş verib.
İnform.az-ın Trend-in məlumatına istinadən verdiyi xəbərə görə, Türkiyə dövlət nömrə nişanlı yük maşını dəmir arakəsmələrin üzərinə aşıb.
Hadisə şahidləri bildirirlər ki, həmin ərazi yolun ən çox külək tutan yeri olduğundan bu hadisələr məhz orada baş verib.
Xatırladaq ki, bir qədər əvvəl Bakıdan Qobustan istiqaməti ilə hərəkət edən digər bir TIR-ı da güclü külək dəmir arakəsmələrin üzərinə aşırıb. Nəticədə, yük maşınının sürücüsü Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü İrkam Şamil xəsarət alıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.
İnform.az
Baxış sayı: 177

Digər xəbərlər:

Bakıda küləyin aşırdığı TIR-ın türk sürücüsü xəstəxanaya çatdırılıb/
17 yanvar / 17:10
Sabah hava şəraiti kəskin dəyişəcək -
16 yanvar / 14:30
Qeyr-sabit hava şəraiti dekabrın 2-dək davam edəcək-
29 noyabr / 12:50
Hava şəraiti kəskin dəyişəcək-
28 noyabr / 14:30
Sabah hava şəraiti dəyişəcək-
30 oktyabr / 12:55
Hava kəskin dəyişəcək-
25 oktyabr / 13:10
Temperatur düşəcək, qar yağacaq-
24 oktyabr / 13:10
Sabah hava şəraiti dəyişəcək-
03 oktyabr / 13:25
Sabah hava şəraiti dəyişəcək-
07 sentyabr / 12:40
Əhaliyə təhlükəli hidrometeoroloji hadisə barədə -
28 mart / 12:43