Baş xəbər, Din
17.01.2019 / 15:50

Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək- Siyəzəndə

Mübariz Qurbanlı  vətəndaşları qəbul edəcək-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Qurumun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 22-də Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Siyəzən şəhər Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Eynulla Nurullayev

Əlaqə vasitələri:

Mob: (050) 772-91-25

Telefon: (023) 335 22 70

Elektron poçt ünvanları:

chairman@scwra.gov.az

info@scwra.gov.az

dk-quba@scwra.gov.az



İnform.az

Baxış sayı: 203