Baş xəbər, Hüquq
17.01.2019 / 17:25

"Rəsulzadənin barelyefini oğurlayan şəxslərin kimliyi məlum olub"- DİN-in məlumatı

"Rəsulzadənin barelyefini oğurlayan şəxslərin kimliyi məlum olub"-Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələrevindən Rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.

Polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb.

Dİn-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən iki nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar.

Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir.



İnform.az

Baxış sayı: 404