Din
17.01.2019 / 15:30

“Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə davam edir/ FOTO

“Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə davam edir/
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə çərçivəsində rayonun Daşdatük kənd məscidində maarifləndirici tədbir keçirilib.

“Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan dinimizin qorunmasında gənclərin rolu” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

İnform.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini dəyərlərin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. Natiq gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşmasının vacibliyinə diqqət çəkib. E.Həmidli zəngin milli ənənələrimizə söykənən və müasir hüquqi normalarla tənzimlənən dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Daşdatük kənd məscidi dini icmasının sədri Şahid Babayev çıxışında İslam dininin sülh və həmrəylik dini olduğunu bildirərək, gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının zəruriliyini qeyd edib.

Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və digərləri çıxışlarında gənclərimizin radikalizmdən qorunması və milli-mənəvi dəyərlərimizin təbliği baxımından keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndiriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə davam edir/


“Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə davam edir/


“Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə davam edir/


“Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə davam edir/




İnform.az

Baxış sayı: 192