İdman
31.07.2015 / 15:29

Pekin 2022-ci il Qış Olimpiadasına ev sahibliyi edəcək

Pekin 2022-ci il Qış Olimpiadasına ev sahibliyi edəcək

Malayziyanın paytaxtı Kuala Lumpurda Beynəlxalq Olimpiya Komitəsinin 128-ci sessiyası keçirilib. İclasda 2022-ci il Qış Olimpiadasına ev sahibliyi edəcək şəhərin adı açıqlanıb.
Baş tutan seçkilər nəticəsində Çinin paytaxtı Pekin 2022-ci il Qış Olimpiya oyunlarının paytaxtı seçilib.
Qeyd edək ki, Olimpiadaya ev sahibliyi etmək istəyən digər namizəd Qazaxıstanın Almatı şəhəri idi.

İnform.az

Baxış sayı: 250