Hüquq
17.01.2019 / 14:00

Avtomobillərdən oğurluq edən saxlanılıb

Avtomobillərdən oğurluq edən saxlanılıbNəsimi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 87