Gündəm, Hüquq
17.01.2019 / 12:55

Narkotik və döyüş sursatı aşkarlanıb

Narkotik və döyüş sursatı  aşkarlanıbQaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marixuana aşkar edilib.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb.

***
38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər uğurlu əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Nəzrin Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Hər iki faktla bağlı cinayət işi başlanılıb.



İnform.az

Baxış sayı: 66