Sosial
17.01.2019 / 12:50

Bakıda küləyin maksimal sürəti 28- 36 m/s təşkil edir- SULU QAR YAĞIR

Bakıda küləyin maksimal sürəti 28- 36 m/s təşkil edir-Bu gün saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

İnform.az
-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.



İnform.az

Baxış sayı: 113