Hüquq
17.01.2019 / 12:45

Əl çantasında bəyən olunmayan valyuta aşkarlanıb

Əl çantasında bəyən olunmayan valyuta aşkarlanıbCənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasına piyada yolla gedən Azərbaycan Respublikası vətəndaşına məxsus əl yükü rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə edildiyindən saxlanılıb və həmin yükə gömrük baxışı keçirilib.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus qara əl çantasının içərisindəki pul kisələrində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və elektron qaydada bəyən olunmayan, ümumilikdə 12900 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 110