Hüquq
17.01.2019 / 12:35

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı  Masallı rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayevin yaşadığ evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 2,6 kiloqramdan çox tiryək, həmçinin heroin və yüksək təsiredici xüsusiyyətə malik olan metadon, tramadol və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.



İnform.az

Baxış sayı: 133