Türk dünyası
17.01.2019 / 12:10

Ankara basketbol ulduzunun həbsinə qərar verdi

Ankara basketbol ulduzunun həbsinə qərar verdi
Ankara prokurorluğu ABŞ-ın “New York Knicks” basketbol klubunda çıxış edən türkiyəli yarımmüdafiəçi Enes Kanter barəsində beynəlxalq həbs orderi verib.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Atletin Türkiyə prezidentini təhqir etdiyi bildirilsə də, o, bu iddiaları rədd edir.

Onun Türkiyə pasportu 2017-ci ildə ləğv olunub. Hazırda ABŞ-da “green card”la yaşayır. Yanvarın əvvəlində Kanter həyatının təhlükədə olduğunu bildirərək, klubun tərkibində 17 yanvar matçı üçün Londona səfər etməyəcəyini bildirmişdi.

“Facebook” səhifəsində idmançı onun hər hansı qanunu pozduğuna dair bir tutarlı sübutun olmadığını dilə gətirib.

“Mənim ABŞ-da dayanacaq qaydasının pozulması ilə bağlı bir cərimə belə olmayıb. Hər zaman qanuna tabe sakin olmuşam”, - deyə Kanter bildirib.

Bundan əvvəl iyun ayında (2018), onun universitet professoru olan atası barəsində FETÖ əlaqələri şübhəsi ilə həbs-qətimkan tədbiri seçilmişdi.



İnform.az

Baxış sayı: 138