Elm-təhsil
17.01.2019 / 10:45

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyası başlayıb/ FOTO

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyası başlayıb/
2018-2019-cu tədris ilinin qış semestrində keçirilən imtahanlar gün ərzində minimum 50 olmaqla 70-ə yaxın sayda keçirilir.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, tələbələr elektron qaydada təşkil edilən imtahanlardan savayı ənənəvi-yazılı qaydada da imtahan verirlər. Qeyd edək ki, gündə 5 sayda olmaqla keçirilən yazılı imtahanlar üçün də xüsusi nəzarət sistemi tətbiq olunan otaq quraşdırılıb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov keçirilən növbəti elektron imtahanların gedişi prosesi ilə tanış olub, tələbələrə uğurlar arzulayıb. Elektron imtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib.

Qış semestrində1202 monitorinq və elektron qaydada 21672 tələbənin iştirakı ilə imtahan veriləcək. Bundan başqa 210 xüsusi qalibiyyət tələb edən və şifahi qaydada imtahanlarınkeçirilməsi nəzərdə tutulub.

2012-ci ildən etibarən keçirilən elektron imtahanlar bu semestr 7 elektron və 3 yazılı olmaqla kamera ilə təchiz edilmiş 10 otaqda aparılır.

İmtahanlar hər korpus üzrə 1 imtahan rəhbəri və auditoriya üzrə iki nəzarətçi olmaqla universitet əməkdaşlarından ibarət imtahan komissiyasının üzvləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrinöz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında quraşdırılan veb kameraları şəffaflığın ən bariz nümunəsi hesab oluna bilər. Tələbələr müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumatə əldə edə bilir.

Hər sual üçün 1 saat vaxt müddəti nəzərdə tutulan imtahanda hər cavab 1 balla qiymətləndirilir.

Elektron imtahanların gedişində ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apellyasiya komissiyası yaradılıb.Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.

Məlumat üçün onu da bildirək ki, hər il olduğu kimi bu il də universitetdə I kursları məlumatlandırmaq üçün maarifləndirici tədbir keçirilib. Universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev və İKT və Elektron şöbəsinin elektron təhsil üzrə müavini Elgün Tağıyev imtahan prosesinin gedişi haqda ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıblar.

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyası başlayıb/




İnform.az

Baxış sayı: 139