Sosial
17.01.2019 / 10:15

Qərargahdan məlumat- Paytaxtda külək 30-35 m/saniyədək şiddətlənib

Qərargahdan məlumat-Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.

Qərargahdan İnform.az-a verilən məlumatda bildirilir ki, bu gün saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir.



İnform.az

Baxış sayı: 94