Diaspora Akademiyası
17.01.2019 / 01:30

Roman Nəsirov prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib

Roman Nəsirov prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov prezidentliyə namizədlik üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.

MSK beş gün müddətinə R.Nəsirovun müraciətinə baxacaq.

Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.



İnform.az

Baxış sayı: 200