Baş xəbər, Sağlamlıq
16.01.2019 / 18:05

Səhiyyə Nazirliyi Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirib

Səhiyyə Nazirliyi Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirib"Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb".

İnform.az-ın xəbərinə görə, bunu Trend-ə Səhiyyə Nazirliyindən sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyiblər.

Nazirlik qeyd edir ki, ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir:

"Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidemioloji durum tam nəzarət altındadır".



İnform.az

Baxış sayı: 284