Elm-təhsil
16.01.2019 / 19:45

Aİİ-də hədisləri anlamaq metodları müzakirə olunub/ FOTO

Aİİ-də hədisləri anlamaq metodları müzakirə olunub/
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Hədisləri anlamaq metodları” mövzusunda seminar keçirilib.

Bu barədə İnform.az-a İnstitutun Mətbuat xidmətindən məlumat verilib.

Aİİ-nin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov seminar iştirakçılarını salamlayaraq, tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi istiqamətində İnstitutda ardıcıl olaraq “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər keçirilməsinin xüsusi rol oynadığınıdiqqətə çatdırıb.İ.Əlimuradov qeyd edib ki, gənclər mütəxəssis kimi püxtələşmələri üçün öz perspektivləri naminə çalışmalı, Vətənin, millətin mənafeyi üçünxeyirxah addımlar atmalıdırlar.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, i.f.d. Vüqar Səmədov “Hədisləri anlamaq metodları” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, hədis Məhəmməd Peyğəmbərin sözlərini, hərəkətlərini və nümunəvi davranışlarını əhatə edir.

V.Səmədov hədislərindində dörd əsas funksiyasının olduğunu diqqətə çatdırıb: “Quranın əmr və qaydalarını izah etmək; qapalı hökmləri şərh etmək; ümumi mənaları xüsusiləşdirmək; Quranın hökm bəyan etmədiyi mövzularda hökm vermək”.

Seminarda hədisləri eyni kateqoriyada dəyərləndirmək mümkün olmadığını qeyd edilib və missallar göstərilib.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Aİİ-də hədisləri anlamaq metodları müzakirə olunub/


Aİİ-də hədisləri anlamaq metodları müzakirə olunub/


Aİİ-də hədisləri anlamaq metodları müzakirə olunub/





İnform.az

Baxış sayı: 127