Dünya
17.01.2019 / 01:00

Tbilisidə matəm elan olunub

Tbilisidə  matəm elan olunubGürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5-i uşaq olmaqla 6 nəfər yaralanıb.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, hadisə paytaxtın Diqomi rayonunda baş verib. İlkin məlumatlara əsasən, partlayış qaz sızmasına görə baş verib.

Ölənlər arasında 4 yaşlı uşaq da var. O, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölkənin baş naziri faciə ilə bağlı 17 yanvar tarixini matəm günü elan edilib.



İnform.az

Baxış sayı: 273