Din
16.01.2019 / 17:35

20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib/ FOTO

20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib/
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara rayonunun Pensər kənd “Hacı Teymur Cümə” məscidində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

İnform.az-ın xəbərinə gğrə, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Turan Həsənzadə, Emin Həmidli, Pensər kənd “Hacı Teymur Cümə” məscidi dini icmasının sədri və İmamı Fariz Veysəlov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir şəhidlərimizin xatirəsinin yad edilməsi və ruhlarına dualar oxunması ilə başlanıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında 20 yanvar faciəsinin xalqımızın tarixində şərəf və ucalıq rəmzi olduğunu bildirib.

Q.Məmmədov 1990-cı ilin 20 yanvarında baş verən faciəvi hadisələrə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında 20 Yanvar hadisəsinin xalqımızın qəhrəmanlıqlarla zəngin olan tarixində əhəmiyyətli yeri və rolunu qeyd edib.

Pensər kənd “Hacı Teymur Cümə” məscidi dini icmasının sədri Fariz Veysəlov, məscidin İmamı İntizar Mürsəlov və digərləri İslam dinində şəhidliyin uca tutulduğunu, şəhidlərin ölməz olduğunu vurğulayıblar.

20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib/


20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib/


20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib/


20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib/




İnform.az

Baxış sayı: 192