Hərbi
16.01.2019 / 18:35

Bir ədəd 30 mm zenit top mərmisi (OFZ) aşkar olunub- Şəkidə

Bir ədəd 30 mm zenit top mərmisi (OFZ) aşkar olunub-16 yanvar tarixində saat 12:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Şəki şəhəri, Olimpiya məhəlləsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəki şəhər (rayon) Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Şəki şəhər (rayon) Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Daxili İşlər Nazirliyinin Şəki şəhər (rayon) Polis şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınmışdır.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 2 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



İnform.az

Baxış sayı: 257