Hüquq
16.01.2019 / 13:10

Gömrükdə aksiz markası olmayan spirtli içkilər aşkarlanıb

Gömrükdə aksiz markası olmayan spirtli içkilər aşkarlanıbQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes-Benz E270" markalı nəqliyyat vasitəsində aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub.

Məlumat əsasında həmin avtomobil Ağcabədi rayonu istiqamətində hərəkət edərkən Şəmkir rayonunda saxlanılıb və gömrük baxışı keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin salonunda sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, "Nemirovskaya osobaya" yazısı olan 28 ədəd 1 litrlik spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 34