Elm-təhsil
16.01.2019 / 15:35

AMEA-nın “Elm” nəşriyyatının yeni direktoru- Səbuhi Qəhrəmanov

AMEA-nın “Elm” nəşriyyatının yeni direktoru-Səbuhi Qəhrəmanov AMEA-nın “Elm” nəşriyyatına direktor təyin edilib.

Bu barədə İnform.az-a AMEA Rəyasət Heyəti aparatının Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səbuhi Qəhrəmanov bu təyinata qədər AMEA Rəyasət Heyəti aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri vəzifəsində işləyib.

S.Qəhrəmanov 2009-cu ildə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktəetmə ixtisasının bakalavriat pilləsini, 2012-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib.

2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.
O, 2011-ci ildə AMEA-nın “Elm” nəşriyyatında əmək fəaliyyətinə başlayıb, 2014-cü ilədək ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində işləyib.

2015-ci ildən 2019-cu ilədək AMEA Rəyasət Heyəti aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi-mətbuat xidmətinin müdiri vəzifəsində çalışıb.



İnform.az


Baxış sayı: 240