Baş xəbər, Sosial
16.01.2019 / 14:00

Ramin Quluzadə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Ramin Quluzadə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilibNəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 18-də Xızı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

İnform.az nazirliyin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, nazir yanvarən 24-də saat 12:00-da Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Xızı rayonunda 023 3150100

Abşeron rayonunda 012 3423300

Qubadlı rayonu üzrə 018 6483392

Zəngilan rayonu üzrə 012 4326166

Şuşa rayonu üzrə 012 4584686

Sumqayıt şəhərində 018 6423500


nömrəli telefonlara zəng etmələri xahiş olunur.



İnform.az

Baxış sayı: 37