Türk dünyası
16.01.2019 / 12:40

Türkiyədə qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

Türkiyədə qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib Türkiyədə davam edən qeyri-sabit hava şəraiti ölkənin müxtəlif bölgələrində bir sıra fəsadlar törədib.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, gecə saatlarında güclü qarın yağması səbəbindən sürücülər yolda qalıblar. Küləyin sürəti saatda 80 kilometrə çatıb. Qars bölgəsində temperatur mənfi 35-40 dərəcəyədək enib.

Antalyada güclü külək nəticəsində Falezlər və Konyaaltı çimərliyi adlanan ərazidə dalğaların hündürlüyü 3 metrədək yüksəlib. Kaleiçi limanında isə balıqçı gəmisi batıb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.



İnform.az

Baxış sayı: 141