Baş xəbər, İdman
16.01.2019 / 11:50

Pəhləvanlarımızın hesabatı / FOTO

Pəhləvanlarımızın  hesabatı /Ötən ilin son günləri keçirilən güləş üzrə ölkə çempiontı həm də pəhləvanlarımızın hesabatı olub.

Döşəyə birinci yunan-Roma üsulu ilə güləşən pəhləvanlar çıxıblar.

Respublika İdman Sarayında təşkil olunan bu yarış “İdman Azərbaycan” telekanalında birbaşa yayımlanırdı. Və bütün seyircilər güləşçilərimzizin yüksək texniki və fiziki hazırlığından, ustalıqla tətbiq etdikləri fənlərdən məmnun idilər.

Biri-birindən maraqlı keçən qarşılaşmalar əvəz olunurdu. Belə həyəcanlı anlarda tamaşaçılar daha bir diqqətəlayiq məqamın şahidi oldular.

Çəkisi 87 kiloqramadək olan idmançıların araasında yarımfinal qarşılaşmasında iki qardaş- Rafiq və Rüfət Hüseynovlar döşəyə çıxdılar. Həmin dəqiqələrdə bu qarşılaşmanın nəylə nəticələnəcəyi suallar yaratsa da, onlardan yaşca kiçiyi olan Rüfət qardaşını qələbə münasibəti ilə birinci özü təbrik etdi.

Bu baş verənlər yarışın ümumi fonunda, gedişində qısa, epizodik xarakter daşısa da amma yaddaqalan oldu. Bu həm də Azərbaycan idmançılarının yüksək mənəviyyata, etikaya sahib olmasının göstəricisi kimi də qəbul oluna bilər.

Yarış DİN İdman Cəmiyyətinin yığması üçün uğurlu oldu. Bu barədə təəssüratlarını bizimləbölüşən əməkdar məşqçi Radik Hüseynov yetirmələrinin uğurlarından danışaraq bildirdi ki, onlar kifayət qədər yarış təcrübəsi əldə edib, ölkəmizi müxtəlif mötəbər yarışlarda layiqincə təmsil ediblər.

Əvvəlcə ondan başlayaq ki, ailə başçısı Radik Hüseynov Qərbi Azərbaycanda doğulub, boya-başa çatıb.

10 yaşından İrəvanda güləşlə məşğul olmağa başlayıb. Həmin vaxtdan yarışlara qatılanda heç kim qarşısını kəsə bilməyib və 10 qat Ermənistan çempionu adını qazanıb.

Əməkdar idman ustasıolub. Bir çox beynəlxalq yarışların qalibi olub. Sonradan 1984-1989-cu illərdə Daşkənddə ali hüquq təhsili alıb.

1990-cı ildən DİN İdman Cəmiyyətində xidmətə başlayıb. Hazırda İdman Cəmiyyətinin baş inspektoru, polis polkovnik-leytenantıdır. Ölkəmizin yeniyetmə, sonralar isə gənclər və eləcə də böyüklərdən ibarət yığma komandalarının məşqçisi olub.

Yetirmələrindən oğlu Rafiq Hüseynov hələ kadetlər arasında güləşdiyi vaxtlardan çox uğurlu start götürüb. Dəfələrlə ölkə və Avropa birinciliklərinin, beynəlxalq yarışların qalibi, mükafatçısı olub. Bu uğurlar silsiləsində 2011-ci ildə Almaniyada keçirilən Avropa çempionatının qızıl medalı xüsusi yer tutur.

Və burda bir əhəmiyyətli məqam nəzərə alınmalıdır ki, ulu öndərimizin xatirəsinə keçirilən ənənəvi Qızıl Qran Pri beynəlxalq yarışları güləşçilərimizin yetişməsində böyük əhəmiyyəti var.

Bu yarışlarda idmançılarımız özlərinin ən güclü rəqiblərini tanıyır, onların fiziki və texniki bacarıqlarına bələd olurlar. Rafiq də bir neçə dəfə bu yarışlarda baş mükafata sahib olub.Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında gümüş medallar qazanıb. Hazıda Müdafiə Nazirliyində zabir kimi xidmət edir.

Əkiz qardaşlar Adil və Rüfət Hüseynovlar da idmanda inamlı qələbələr əldə ediblər. Adil polis əməkdaşıdır. Səbail Rayon Mühafizə İdarəsində xidmət edir.

Dəfələrlə respublika çempionatlarında, beynəlxalq turnirlərdə qalib gəlib. Son dəfə keçirilən respublika çempionatında çıxış etdiyi 97 kiloqram çəkidə finala qədər inamla irəliləyib, gümüş medal qazanıb.

Rüfət isə 87 kiloqram çəkidə yarışır. O da özünü bacarıqlı idmançı kimi təsdiq edib. Beynəlxalq yarışların dəfələrlə mükafatçısı olub, növbəti respublika çempionatında da bürünc medal qazanıb.
Məşğul olanlar bilir, idman gəncləri bir ailə kimi birləşdirir. Bəzən məşqlərdə, yarışlara gedəndə bir kökəni bir neçə idmançı bölüb yeyir, bir qabdan su içirlər.

Güləşəndə biri-birlərinə mənəvi dəstək olduqları kimi, dincələndə də çiyin-çiyinə söykənirlər. Radik müəllimin də pəhləvanlar ailəsində öz övladı qədər doğma olan gənclər arasında dünya çempionu, polis leytenantı Kamran Məmmədov da var.

O, ölkəmizdə keçirilən ilk Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında qazandığı qələbələrlə ölkə idmansevərlərinə sevinc bəxş edib, bayrağımızı zirvələrdə dalğalandırıb.

Onlar hələ bundan sonra da qələbələr qazanacaq, ümidləri doğruldacaqlar.

Pəhləvanlarımızın  hesabatı /


Pəhləvanlarımızın  hesabatı /


Pəhləvanlarımızın  hesabatı /


Pəhləvanlarımızın  hesabatı /


Pəhləvanlarımızın  hesabatı /


Pəhləvanlarımızın  hesabatı /





Zeyni Hüseynov/DİN-nin Mətbuat xidmətinin əməkdaşı

Baxış sayı: 149