Dünya
16.01.2019 / 11:15

Makedoniya prezidenti və hökumət bir-birini ittiham edir- SƏBƏB?

Makedoniya prezidenti və hökumət bir-birini ittiham edir-Makedoniya Prezidenti George İvanov və respublika hökuməti bir-birini konstitusiyanı pozmaqda ittiham edirlər.

İnform.az
Trend-in məlumatına istinadən bildirir ki, buna səbəb "Xidməti xəbərlər" rəsmi nəşrində dövlət başçısının imzası olmadan parlamentin spikeri Tələt Cəfəri tərəfindən alban dilinə ölkənin ikinci rəsmi dili statusu verilməsi haqqında qanunun dərci olub.

Yanvarın 15-də qanun qüvvəyə minməli idi. Lakin Prezident və müxalifət buna qarşıdırlar.

G.İvanov bəyan edib ki, qanunun dərci Makedoniya Konstitusiyasının 75-ci paraqrafını pozur.

Nazirlər Kabinetindən isə dövlət başçısına cavab olaraq bildirilib ki, Məclis ikinci dəfə təsdiq etdikdən sonra Prezident qanunu imzalamağa borcludur.

Xatırladaq ki, Makedoniya Prezidenti ötən ilin martında ölkənin ikinci rəsmi dili haqqında qanunu imzalamaqdan növbəti dəfə imtina etmişdi.


İnform.az

Baxış sayı: 245