Hüquq
16.01.2019 / 11:05

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbPolis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Xaçmaz rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs “isti izlər”lə saxlanılıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, yanvarın 16-da saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında kənd sakini Tamerlan Həmidovun bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb.



İnform.az

Baxış sayı: 153