Baş xəbər, İqtisadiyyat
16.01.2019 / 11:00

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edibYanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev zavodu işə salıb.

Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.



İnform.az

Baxış sayı: 257