Mədəniyyət
15.01.2019 / 17:40

Alışanovu əvəz edən KİMDİR?

Alışanovu əvəz edən Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə AZTV-nin sədri vəzifəsindən azad edilən Arif Alışanovun səlahiyyətlərini müvəqqəti olaraq Rövşən Məmmədov icra edəcək.

Rovşən Məmmədov kimdir?

1979-cu il təvəllüdlü Rövşən Raqif oğlu Məmmədov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. Özü Bakı Slavyan Universiteti və Azərbaycan universitetində jurnalist ixtisası üzrə müəllim kimi işləyib. “Lider jurnalist” kitabının müəllifidir. Rövşən Məmmədov AZTV-dən əvvəl “ANS TV”, “Lider TV” və “İdman-Azərbaycan” telekanallarında çalışıb, idman şərhçisi kimi tanınıb.

Hazırda AzTV-də "Günün nəbzi" və "Həftə" analitik verilişlərinin aparıcısıdır.


İnform.az

Baxış sayı: 107