Hərbi
16.01.2019 / 01:00

1 ədəd 125 mm-lik top mərmisi (BM-9) aşkar olunub- Lənkəranda

1 ədəd 125 mm-lik top mərmisi (BM-9) aşkar olunub-2019-cu il 15 Yanvar tarixində saat 15:42-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə dəniz sahilinə baxış keçirilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BM-9) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



İnform.az

Baxış sayı: 219