Baş xəbər, Hüquq
15.01.2019 / 17:00

Sabunçu rayonunda narkotacir saxlanılıb/ FOTO

Sabunçu rayonunda narkotacir saxlanılıb/Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Müşfiq Novruzov saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, həmin şəxs 0,581 qram narkotik vasitə olan heroini şərti alıcıya 30 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Novruzovdan əlavə satmaq məqsədi ilə əldə edib gizlətdiyi 1 kiloqram 710 qram heroin də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Sabunçu rayonunda narkotacir saxlanılıb/


Sabunçu rayonunda narkotacir saxlanılıb/




İnform.az


Baxış sayı: 144