İdman
15.01.2019 / 16:45

Milli komandamızın idmançıları təlim-məşq toplantısında/ FOTO

 Milli komandamızın idmançıları təlim-məşq toplantısında/
31 yanvar – 07 fevral 2019-ci il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində Qış idman növlərindən olan dağ xizəyi və snoubord üzrə Asiya kuboku keçiriləcək.

ARMPK-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, yarışa hazırlıq məqsədi ilə 14- 25 Yanvar 2019-ci il tarixlərində “Şahdağ Turizm Mərkəzi” QSC-nin ərazisində dağ xizəyi və snoubord idman növləri üzrə paralimpiya milli komandasının 4 nəfərdən ibarət idmançı heyəti təlim məşq toplantısı keçirir.

Qeyd etmək istəyirik ki, 2018-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində “Şahdağ Turizm Mərkəzi” QSC və Dağ Xizək federasiyasının dəstəyi ilə qış idman növləri üzrə komanda yaradılmışdır və komanda üzvləri 31 oktyabr – 13 noyabr tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilmiş birinci təlim məşq toplantısında iştirak ediblər.

Azərbaycan Respublikası Milli Paralimpiya komitəsi olaraq əsas məqsədimiz Pekin- 2022 Qış Paralimpiya oyunlarına lisenziya qazanmaqdır.

 Milli komandamızın idmançıları təlim-məşq toplantısında/



İnform.az


Baxış sayı: 203