Baş xəbər, Mədəniyyət
15.01.2019 / 16:30

“Mediada gender bərabərliyi” mövzusunda təlimlər keçiriləcək- KİV-in NƏZƏRİNƏ!

“Mediada gender bərabərliyi” mövzusunda təlimlər keçiriləcək-Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 23-25 yanvar tarixlərində (hər gün eyni təlim olmaqla) “Hilton Baku” otelində jurnalistlər üçün “Mediada gender bərabərliyi” mövzusunda təlimlər təşkil olunacaq.

Təlimlər beynəlxalq və yerli ekspertlər tərəfindən aparılacaq.

25 yanvar tarixindəki təlim jurnalistika fakültələrinin magistr və doktorantura, eləcə də sonuncu kurs tələbələri üçün nəzərdə tutulub.

Əlavə məlumat üçün Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsindən İnform.az-a verilən məlumata görə, təlimlər “Gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin mediada işıqlandırılması”, “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və çağırışlar” adlı 5 sessiya çərçivəsində 09:30-dan 18:00-a qədər keçiriləcək.

İştirak üçün müraciət etmək istəyən media nümayəndələri, eləcə də jurnalistika fakültələrinin tələbələrindən 19 yanvar 2019–cu il tarixinə qədər özləri haqqında və təlimdən gözləntilərinə dair qısaca yazıb komiteinfo@gmail.com və fieldbaku@coe.int elektron ünvanlarına göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsi ilə (012) 498 80 93 və ya Avropa Şurasının Bakıdakı Ofisi ilə (012) 5991162 əlaqə saxlaya bilərsiniz.



İnform.az

Baxış sayı: 92