İdman
15.01.2019 / 15:35

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək/ FOTO

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək/
18-20 yanvar tarixlərində Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş növbəti "Arpaçay Open" beynəlxalq karate turniri keçiriləcək.

Uşaqlar, Yeniyetmələr və Gənclər arasında klublararası açıq turniri Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" karate klubu birgə təşkil edir. Yarışın açılış mərasimi 19 yanvar, saat 17:00-da olacaq.

Turnirin ilk günü bütün yaş qruplarında fərdi kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite çıxışları, son gün isə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin müxtəlif çəkilərdə kumite görüşləri keçiriləcək. Qalib və mükafatçılar təşkilatçıların təsis etdiyi diplom, kubok və medallarla təltif ediləcək.

3-cü dəfə keçirilən yarışda 11 ölkədən 800-dək idmançı iştirak edəcək. Şəhidlərin xatirsənə həsr olunmuş beynəlxalq turnirin proqramı ilə bağlı aşağıda, daha ətraflı məlumatı isə buradan endirib tanış ola bilərsiniz.

Yarışın proqramı:



18 yanvar 2019-cü il


Fərdi kata yaşları:

• 6-7, 8-9; 10-11; 12-13, 14-15; 16-17


19 yanvar 2019-cü il

Fərdi və komanda kumite yaşları:

Uşaqlar 6-7 yaş (oğlanlar və qızlar):


• Oğlanlar: -17kq, -20kq, -23kq,+23 kq

• Qızlar: -15kq, -20kq, +20 kq


Uşaqlar 8-9 yaş (oğlanlar və qızlar):

• Oğlanlar: -23kq, -26kq, -30kq, -35kq, +35 kq

• Qızlar: -20kq, -23kq, -28kq, +28 kq

Uşaqlar 10-11 yaş (oğlanlar və qızlar):


• Oğlanlar: -25kq, -28kq, -32kq, -37kq, -42kq, -47kq, -52kq, +52kq

• Qızlar: -25kq, -30kq, -35kq, -40kq, +40 kq

20 yanvar 2019-cü il

Uşaqlar 12-13 yaş (oğlanlar və qızlar):


• Oğlanlar – -30 kq, -33 kq, -37 kq, -42 kq, -47 kq, -52 kq, -57 kq, +57kq

• Qızlar – -28 kq, -33 kq, -38 kq, -45kq, +45kq

Yeniyetmələr 14-15 yaş (2 dəqiqəlik döyüş):


• Oğlanlar – -52 kq, -57 kq, -63 kq, -70 kq, +70kq

• Qızlar – -47 kq, -54 kq, +54 kq

Gənclər 16-17 yaş (2 dəqiqəlik döyüş):

• Oğlanlar – -55 kq, -61 kq, -68 kq, -76 kq, +76 kq

• Qızlar – -48 kq, -53 kq, -59 kq, +59 kq

Komanda kumite yarışları:

Uşaqlar 8-9, 10-11, 12-13 yaşlar; Yeniyetmələr 14-15 yaşlar; Gənclər 16-17 yaşlar arasında hər komandada 3 nəfər olmaqla keçiriləcək.

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək/


20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək/


20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək/


20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək/


20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək/




İnform.az

Baxış sayı: 167