Elm-təhsil
15.01.2019 / 15:10

AzTU-da “Açıq Qapı” günü keçirilib/ FOTO

AzTU-da “Açıq Qapı” günü keçirilib/
Yanvarın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) qışimtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediatur təşkil edilib. Mediaturda universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak edib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tur iştirakçıları universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir. Qeyd olunub ki, universitetdə əvvəllər yalnız “Xüsusi texnika və texnologiya” fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlar yazılı imtahan verirdi. Lakin hazırda I, II və III kursda oxuyan bütün tələbələrdən də imtahanlar yazılı şəkildə götürülür.

X.Yahudov bildirib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı"vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır.

Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin Elektron Portalında yerləşdirilir.

Xalıq Yahudov onu da qeyd edib ki,universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası təşkil olunub.

Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait yaradılıb. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.

Rektor İctimai Şura üzvlərinə və KİV nümayəndələrinə bildirib ki, universitetdə imtahan prosesinin müşahidə olunması üçün hər həftə sonu valideynlərin iştirakı təmin edilir. İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri "Açıq qapı" günləri keçirilir.

Qeyd olunub ki, şikayət və təklifləri olan valideyn və tələbələr sərbəst müraciət etmək imkanına malikdirlər.

Sonda təhsil ekspertləri, media nümayəndələri və valideynlər universitetin Heydər Əliyev Mərkəzində toplanıb və imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər.

Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

Məlumat üçün bildirək ki, AzTU-da qış imtahan sessiyasasında 8519 nəfər tələbə iştirak edir. İmtahanların keçirilməsində şəfaflığın təmin olunması üçün universitetin tədris-köməkçi heyyətindən təşkil olunmuş 105 nəfər nəzarətçi kordinator sesiyaya səfərbər edilib.

AzTU-da “Açıq Qapı” günü keçirilib/


AzTU-da “Açıq Qapı” günü keçirilib/


AzTU-da “Açıq Qapı” günü keçirilib/


AzTU-da “Açıq Qapı” günü keçirilib/


AzTU-da “Açıq Qapı” günü keçirilib/


AzTU-da “Açıq Qapı” günü keçirilib/


AzTU-da “Açıq Qapı” günü keçirilib/


AzTU-da “Açıq Qapı” günü keçirilib/


AzTU-da “Açıq Qapı” günü keçirilib/




İnform.az

Baxış sayı: 180