Hüquq
15.01.2019 / 14:05

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb yanvarın 14-də Bakı ŞBPİ-nin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini həmin gün saat 16 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etdiyini bildirib.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.İmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




İnform.az


Baxış sayı: 36