Sosial
15.01.2019 / 14:00

Havanın temperaturu enəcək- PROQNOZ

Havanın temperaturu enəcək-16 yanvar üçün gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 16-dahavanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq.Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturuAbşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbirütubətgecə 65-75, gündüz 50-60 faizolacaq.

Azərbaycanın rayonlarında yanvarın 16-dahava əsasən yağmursuz keçəcək. Ayı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Nazirlik tibbi-meteoroloji xəbərdarlıq edir.

Belə ki, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir.

Hava şəraitinin belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.

Yanvarın 15-i gündüz, 16-da Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək.

Yanvarın 16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.



İnform.az

Baxış sayı: 87