Hüquq
15.01.2019 / 11:45

İtkin düşən Quba sakini tapılıb

Qubada itkin düşən qadın tapılıb. Rayonun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva ötən il oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İnform.az-a verilən məlumata görə, bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 14 yanvar 2019-ci il tarixdə Xaçmaz rayonu Arzu kənd ərazisində tapılaraq ailəsinə təhvil verilib.



İnform.az



Baxış sayı: 94