Hərbi
15.01.2019 / 11:20

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

İnform.az MN-nin Mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.


İnform.az


Baxış sayı: 246