Dünya
15.01.2019 / 11:00

Gürcüstanda H1N1 virusundan ölənlərin sayı 17 nəfərə çatıb

Gürcüstanda H1N1 virusundan ölənlərin sayı 17 nəfərə çatıb
Gürcüstanda daha bir nəfər, 48 yaşlı kişi H1N1 virusundan (donuz qripi) dünyasını dəyişib.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə mətbuata Gürcüstanın Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, ölən şəxsdə H1N1-lə yanaşı, Hepatit C virusu da olub.

Bundan başqa, bölgələrin birində 10 aylıq körpə də H1N1 virusundan dünyasını dəyişib.

Bununla da Gürcüstanda donuz qripindən ölənlərin sayı 17 nəfərə çatıb.




İnform.az

Baxış sayı: 223