Sosial
15.01.2019 / 10:40

Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib/ FOTO

Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib/
Yerli qurumların əməkdaşlarına müvafiq göstəriş və izahatlar verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qurumun idarə, rayon (şəhər) şöbələrinin rəhbərlərinin, pensiya, sosial yardım və müavinət sektorları müdirlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə Fondun direktor müavini Cavid Abdullayev 2018-ci ildə Fond tərəfindən görülən işləri, əldə olunan nailiyyətləri qeyd edib.

O, pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq cari ilin əvvəlindən ölkəmizdə pensiya təyinatının avtomatlaşdırılmış rejimdə həyata keçirilməsinə başlandığını diqqətə çatdırıb.

Seminar-müşavirədə avtomatlaşdırılmış pensiya təyinatı, avtomatlaşdırmanın əhatə etmədiyi şəxslər üzrə Fondun yerli orqanlarının funksiyaları, tapşırıqların icrası vəziyyəti müzakirə olunub.

Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib/


Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib/


Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib/




İnform.az

Baxış sayı: 138