Sosial
15.01.2019 / 10:15

"Eko youth" layihəsi həyata keçirilir

"Eko youth" layihəsi həyata keçirilirAzərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə "Eko youth" layihəsi həyata keçirilir .

Layihənin məqsədi Cəbrayıl, Tovuz, Goranboy rayonları və Gəncə şəhərində müəyyən olunacaq məktəblərin şagirdlərini təlimlərə cəlb etmək, ekoloji aksiyalarda iştiraklarını təmin edərək onları ekoloji mövzuda ictimai vəkil olaraq yetişdirməkdir.

Bu barədə İnform.az-a layihənin rəhbəri Elnur Şabanzadə məlumat verib.

Onun sözlərinə görə, layihə çərcivəsində 3 ay müddətində Cəbrayıl rayonu, Tovuz , Goranboy və Gəncə şəhərində yerləşən məktəblərdə ümumilikdə 80 məktəbliyə (hər regionda 20 nəfər olmaqla) 3 saat müddətində "Ekologiya və onun qorunması", "Ekoloji hüququn əsasları və İctimai Vəkillik" və "Gənclərin Ətraf Mühitin qorunması və təmizlənməsində rolu" adlı təlimlər keçirildi.

Bu təlimlər vasitəsilə məktəblilərə daha məsuliyyətli olmağı, təbiəti qorumağı və ekoloji cəhətdən sağlam mühit üçün çalışmağı öyrətmək hədəflənmişdir. Layihe müddətində yaşıl iməcilik adı altında təmizlik aksiyası olacaq və yığılan tullantılardan müxtəlif növ əl işləri hazırlancaq.

Yekunda onların sərgisi təşkil ediləcək.

Qeyd edək ki, bu Cocuqmərcanlıda ilk ekoloji layihədi.



İnform.az

Baxış sayı: 285