Hüquq
15.01.2019 / 02:40

Göygöldə qanunsuz ov edən qohumlar saxlanılıblar/ FOTO

Göygöldə qanunsuz ov edən qohumlar saxlanılıblar/
Yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Inform.az-a verilə məlumata görə, araşdırmalarla onların Göygöl rayon sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ”, markalı ov tüfəngləri və ümumi sayı 84 ədəd patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Göygöldə qanunsuz ov edən qohumlar saxlanılıblar/


Göygöldə qanunsuz ov edən qohumlar saxlanılıblar/


Göygöldə qanunsuz ov edən qohumlar saxlanılıblar/




İnform.az


Baxış sayı: 167