Mədəniyyət
14.01.2019 / 17:45

“Kişi və qadın. 50 il sonra” filminin çəkilişləri başa çatıb/ FOTO

“Kişi və qadın. 50 il sonra” filminin çəkilişləri başa çatıb/Fransız kino rejissoru Klod Leluş “Kişi və qadın. 50 il sonra” filminin çəkilişlərini başa çatdırıb.

Bu, 1966-cı ildə “Kişi və qadın” filmi ilə başlayıb, “Oskar”la və Kann festivalının “Qızıl palma budağı” başda olmaqla yüzlərlə digər mükafatlarla təltif edilən kinosaqanın epiloqudur.

Filmin davamı - “Kişi və qadın: 20 il sonra” 1986-cı ildə ekranlara çıxıb.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, yeni filmin süjeti hələ ki, məxfi saxlanılır. Yalnız o məlumdur ki, baş rolları - Ann Qotye və Jan-Lui Düroku yenə də əvəzolunmaz Anuk Eme və Jan-Lui Trentinyan canlandırırlar.

Filmdə məşhur italiyalı aktrisa Monika Belluççi də çəkilib. Onun sözlərinə görə, bu, bir atanın öz keçmişini xatırlamaqda ona kömək edən ailəsi ilə münasibətləri barədə əhvalatdır. Filmdə Fransis Leyin musiqisi səslənir.

Hadisələr isə əvvəlki kimi Atlantik okeanı sahilində yerləşən Dovil kurortunda və məşhur “Normandiya” otelinin 311 nömrəli otağında cərəyan edir.

Bundan başqa, filmdə Klod Leluşun istehza ilə “Məğrurluq iqamətgahı” deyilən ahıllar evinə uyğunlaşdırılmış malikanəsi də nümayiş etdiriləcək.

“Kişi və qadın. 50 il sonra” filminin çəkilişləri başa çatıb/




İnform.az

Baxış sayı: 314