Din
14.01.2019 / 17:30

“İslam həmrəyliyi sülh və inkişafa təminatdır” mövzusunda tərbir keçirilib/ FOTO

“İslam həmrəyliyi sülh və inkişafa təminatdır” mövzusunda tərbir keçirilib/
Ötən həftə Mənəvi Dəyərlərin Təbliği Fondunundəstəyi və Lerik rayonu Vizəzəmin kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə çərçivəsində “İslam həmrəyliyi sülh və inkişafa təminatdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Lerik rayonu Vizəzəmin kənd məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında İslam dininin sülh və həmrəylik dini olduğunu, insanları birliyə çağırdığını qeyd edib.

Natiq Cənab Prezident İlham Əliyevin müsəlman aləmində İslam həmrəyliyinin təmin olunması, eləcə də tolerant və multikultural dəyərlərin qorunması üçün mühüm xidmətlər göstərdiyini bildirib.

Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov çıxışında İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin vacibliyi ilə bağlı fikirlərini bildirib.

Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov, Kəlvəz kənd məscidinin mütəvəllisi Habil Quliyev və digərləri çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“İslam həmrəyliyi sülh və inkişafa təminatdır” mövzusunda tərbir keçirilib/


“İslam həmrəyliyi sülh və inkişafa təminatdır” mövzusunda tərbir keçirilib/


“İslam həmrəyliyi sülh və inkişafa təminatdır” mövzusunda tərbir keçirilib/


“İslam həmrəyliyi sülh və inkişafa təminatdır” mövzusunda tərbir keçirilib/


“İslam həmrəyliyi sülh və inkişafa təminatdır” mövzusunda tərbir keçirilib/


“İslam həmrəyliyi sülh və inkişafa təminatdır” mövzusunda tərbir keçirilib/





İnform.az





Baxış sayı: 180