Dünya
14.01.2019 / 15:55

Tələbəni parçalamış qatilin azad edilməsinə etiraz edirlər- Yerevanda

Tələbəni parçalamış qatilin azad edilməsinə etiraz edirlər-
Ermənistan hökumətinin binası qarşısında Yerevan Dövlət Tibb Universitetinin sabiq tələbəsi İosif Ağacanovun qatili Mqer Yenokyanın sərbəst buraxılmasına qarşı aksiya keçirilir.

İnform.az "Report"-a istinadən xəbər verir ki, daha əvvəl qətlə yetirilən şəxsin ailəsi məktubla prezidentə və baş nazirə müraciət edib.

Qeyd edək ki, 23 il əvvəl M.Yenokyan İ.Ağacanovu qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilib, daha sonra cəzası ömürlük həbslə əvəzlənib.

Cinayət Kənd Təsərrüfatı İnstitutunun tələbəsi Aram Arutyunyanla birlikdə törədilib. A.Arutyunyan 15 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Ağacanov endirilən onlarla bıçaq zərbəsi ilə qətlə yetirilib. Cinayəti törətdikdən sonra adıçəkilən şəxslər yeniyetmənin cəsədini parçalayıb çantalarda gizlədiblər və onları zibillikdə qoyublar, özləri isə ədalətdən qaçmağa çalışıblar.

Artıq M.Yenokyanın azad edilməsinə qarşı imza toplama aksiyası başladılıb. Petisiyanı artıq bir neçə min nəfər imzalayıb.



İnform.az

Baxış sayı: 25