Türk dünyası, Baş xəbər
14.01.2019 / 15:30

"Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır..."- Kalın

"Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır..."-Türkiyənin kürdlərlə deyil, terrorçularla mübarizə apardığını vurğulayan Türkyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ Prezidenti Donald Trampın kürdlərlə bağlı Türkiyəni təhdid etməsinə cavab olaraq bildirib.

İnform.az-ın Trend-in məlumatına istinadən verdiyi xəbərə görə, ABŞ lideri bir müddət öncə bildirib ki, Ankara Suriya kürdlərinə qarşı hücum edəcəyi halda Türkiyəyə qaşı iqtisadi sanksiyalar tətbiq edə bilər.

İ.Kalın qeyd edib ki, Suriya kürdlərini ABŞ-ın da terror təşkilatları siyahısında olan PKK ilə eyniləşdirmək böyük səhvdir.



İnform.az

Baxış sayı: 25