Elm-təhsil
14.01.2019 / 12:50

Naxçıvan Bölməsinin kitabxanasında “Qanlı 20 Yanvar” başlığı altında sərgi təşkil olunub

Naxçıvan Bölməsinin kitabxanasında “Qanlı 20 Yanvar” başlığı altında sərgi təşkil olunubAMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə,“Qanlı 20 Yanvar” başlığı altında təşkil edilən sərgidə “Heydər Əliyev müstəqilliyimiz əbədidir”, “Azərbaycan tarixi”, “Naxçıvan 20 yanvar ərəfəsində”, “Şahbuzlu şəhidlər”, “Sədərək harayı”, “Qələbəyə gedən yol”, “Ermənilər və həqiqətlər”, “Qara Yanvar Bakı-1990”, “Şənbə gecəsinə gedən yol”, “Ülviləşən Ülvim”, “Analar Anar Ağlar” və digər bu qəbildən olan kitablar nümayiş olunur.

Sərgi bu ayın sona kimi ziyarətçilərinin ixtiyarında olacaq.




İnform.az


Baxış sayı: 57